İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Video

1106 14.12.2025 21:33 Ölkə A A

Bu gün səhər saatlarından etibarən yağan qar və şaxtalı hava Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətə təsir göstərib.

Yolun enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yarandığı üçün təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi nəqliyyat vasitələrinin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb.

Məlumata görə, qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası əraziyə cəlb olunub, buzlaşan hissələr təmizlənib, yollara duz-qum qarışığı səpilib.\\İTV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR