İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu ərazidə binalar SÖKÜLƏCƏK

2275 18.06.2025 14:25 Ölkə A A

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək.

Binəqədi Rayon İcra Hakimiyyətindən də BAKU.WS-ə adı çəkilən ərazilərdə söküntü işlərinin aparılacağı təsdiqlənib.

Qeyd edək ki, söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Lakin əhaliyə yaşadıqları və qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR