İran Yaponiya şirkətlərinə neft satmaq üçün danışıqlara başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi İran və Qərb mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, Tokio 2018-ci ildən bəri İran neftini idxal etmir.
Agentliyin məlumatına görə, yapon neft alıcıları ABŞ-ın İran neft əməliyyatları üçün 21 avqusta qədər qüvvədə olan icazəsini uzadacağına ümid edirlər. Onlar həmçinin gəmilərin Fars körfəzindən təhlükəsiz keçməsinə ümid edirlər.
Yaponiya 2018-ci ildə ABŞ-ın Tehrana qarşı sanksiyalarını sərtləşdirməsindən qısa müddət sonra İrandan neft almağı tamamilə dayandırıb. Bu, Donald Trampın ABŞ-ın nüvə sazişindən çıxdığını elan etməsindən sonra baş verib. Cənubi Koreya, Hindistan və Avropa İttifaqı ölkələri də İran neftinin idxalını dayandırıblar. O vaxtdan bəri Çin İran neftinin əsas alıcısına çevrilib. O, nefti bazar qiymətindən 20 faiz ucuz alırdı.
Musavat.com






