İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Trampa və Amerika xalqına videotəbrik göndərdi: Ortaq taleyimiz var...

525 05.07.2026 08:26 Siyasət A A

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə ​​ABŞ Prezidenti Donald Trampı və Amerika xalqını təbrik edib.

Musavat.com xəbər verir ki, baş nazirin X hesabında payladığı videotəbrikdə Tramp və Amerika xalqı "əziz dostlar" adlandırıb.
Netanyahu ölkəsinin ABŞ ilə "ortaq taleyi" bölüşdüyünə əminliyini ifadə edib və dünyada "azadlığı müdafiə etmək" üçün birlikdə çalışacağına söz verib: "Müxtəlif qitələrdə yaşasaq da, ortaq taleyi bölüşdüyümüz üçün güclü bir bağımız var. Bilirik ki, azadlıq heç vaxt pulsuz deyil. O, daim alınmalı və daim müdafiə olunmalıdır. Amerika müasir dünyanın tanıdığı ən böyük azadlıq qüvvəsi olub. İsrail onun yanında olmaqdan qürur duyur, İsrail hamınızla birlikdə olmaqdan qürur duyur, çünki ittifaqımız yalnız ortaq maraqlar üzərində deyil, həm də ortaq dəyərlər üzərində qurulub".

Onun fikrincə, "bu gün bu dəyərlər hücum altındadır": "Üzləşdiyimiz tiranlar “Amerikaya ölüm, İsrailə ölüm” şüarları səsləndirirlər. Onlar azadlığın zəif olduğunu, demokratiyanın zəif olduğunu düşünürlər. Onlar demokratiyamız haqqında yanılırlar, çünki Amerika və İsrail bir araya gəldikdə azadlıq daha da güclənir. Birlikdə azadlığı müdafiə edirik, birlikdə ortaq sivilizasiyamızı müdafiə edirik, birlikdə, Allahın köməyi ilə azadlığın tiraniya üzərində qələbəsini təmin edəcəyik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR