Bakının Sabunçu rayonunda, xüsusilə Zabrat və Balaxanı qəsəbələrində uzunmüddətli su kəsintisi yaşanır.
Musavat.com xəbər verir ki, sakinlər artıq 14 saatdan çoxdur susuz qalıblar. Onların sözlərinə görə, “Azərsu” əməkdaşları bildiriblər ki, suyun verilməsindəki fasilə qəza səbəbindən yaranıb.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilir. Lakin suyun nə vaxt bərpa olunacağı barədə rəsmi açıqlama hələlik verilməyib.
Musavat.com






