İnsanlara hürriyət, millətlərə istiqlal!

Baku Medical Plaza 15 İL SİZİNLƏ FOTO

733 29.06.2026 15:50 Ölkə A A

Ölkəmizdə özəl tibb müəssisələri arasında xüsusi yer tutan, son 15 ildə tibb sektorunun inkişafına mühüm töhfə verən Baku Medical Plaza klinikalar şəbəkəsinin yubiley tədbiri keçirilib.

Tədbirdə klinikalar şəbəkəsinin daxil olduğu Azera Holdinqin Müşahidə Şurasının sədr müavini və üzvləri, Holdinq rəhbərliyi, Baku Medical Plazanın rəhbər heyəti, TƏBİB, digər dövlət və özəl sektorun rəsmiləri iştirak edib.

Yubiley proqramı çərçivəsində Baku Medical Plaza-nın Babək filialında müasir standartlara cavab verən, ən son tibbi texnologiyalarla təchiz edilən Fizioterapiya və Reabilitasiya Mərkəzinin açılışı həyata keçirilib. Eyni zamanda klinikalar şəbəkəsinin Babək, Medilux, Mərkəz, IMC-2 filiallarında göstərilən tibbi xidmət və yeniliklərin daha geniş auditoriyaya çatdırılması məqsədilə yeni Podkast studiyası da qonaqlara təqdim olunub.

Mərasimdə çıxış edənlər səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri, yeni müasir tibbi avadanlıqlarla təchizatın effektivliyini, həmçinin Baku Medical Plaza klinikalar şəbəkəsinin ölkənin tibb sektorunun inkişafına, minlərlə insanın sağlamlığına verdiyi töhfəni xüsusi vurğulayıblar.
Tədbirdə son 15 il ərzində BMP klinikalar şəbəkəsində çalışan həkim heyəti və əməkdaşlar təltif olunub.


.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR