İnsanlara hürriyət, millətlərə istiqlal!

Balaca Abdullah polis helikopterinə salam verdi, mükafatı belə gəldi - VİDEO

15041 05.07.2026 02:42 Dünya A A

Şanlıurfada balaca Abdullah Əmrənin etdiyi hərəkət bütün Türkiyədə böyük rəğbətlə qarşılanıb.

Musavat.com xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yaşayan balaca Abdullah Əmrə evinin damına çıxaraq əlində Türkiyə bayrağı ilə səmada uçan polis helikopterini salamlayıb. Həmin səmimi anlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə insanın rəğbətini qazanıb.

Balaca Abdullahın bu vətənpərvər davranışı cavabsız qalmayıb. Şanlıurfa İl Polis İdarəsinin rəisi Atilla Aksoy onu qəbul edərək şanlı Türkiyə bayrağı və velosiped hədiyyə edib.

Görüş zamanı Abdullahın dövlət rəmzlərinə və polisə göstərdiyi sevginin təqdirəlayiq olduğu vurğulanıb. Hədiyyələrin təqdim olunduğu anların görüntüləri də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR