İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankir otelin pəncərəsindən yıxılaraq ölüb: intihar, yoxsa qətl?

1520 30.01.2026 02:46 Dünya A A

İtaliyanın Milan şəhərində baş verən sirli ölüm hadisəsi hüquq-mühafizə orqanlarını və ictimaiyyəti suallar qarşısında qoyub.

Musavat.com xəbər verir ki, yanvarın 23-də şəhərin mərkəzində yerləşən otellərdən birinin həyətində 54 yaşlı ukraynalı bankir Aleksandr Adariçin meyiti tapılıb.

İtaliya polisi ilkin olaraq intihar versiyasını araşdırsa da, hadisədə üçüncü şəxslərin iştirakı ehtimalını istisna etmir. Səbəb isə istintaq zamanı üzə çıxan çoxsaylı şübhəli məqamlardır. Məlum olub ki, Adariçin qaldığı hotel nömrəsi başqa adama rəsmiləşdirilib. Otaqda isə onun fotosu olan, lakin fərqli şəxsi məlumatlar daşıyan bir neçə sənəd aşkar edilib.

Otelin əməkdaşlarının sözlərinə görə, bankir ölməzdən az əvvəl otaqda tək olmayıb. Hətta naməlum bir kişinin hadisədən sonra pəncərənin yaxınlığında görüldüyü bildirilir. Bu detal istintaqın gedişində xüsusi diqqət mərkəzinə çevrilib.

İstintaq orqanları hesab edir ki, Aleksandr Adariç İtaliyaya biznes məqsədilə gəlib və hazırda onun Milandakı görüşləri, əlaqələri, eləcə də son günlərdə kimlərlə təmasda olduğu araşdırılır. Paralel olaraq, intiharın səhnələşdirilməsi versiyası da ciddi şəkildə nəzərdən keçirilir.

Qeyd edək ki, Adariç vaxtilə Ukraynada bir neçə bankın sahibi olub. Həmin banklar sonradan müflis elan edilib. Bankir iri məbləğlərin ölkədən çıxarılmasında ittiham olunub və Ukraynada axtarışda olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR