İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin xanımı ilə bağlı ŞOK QƏRAR - İcazə verilmədi

1090 07.07.2026 09:34 Dünya A A

İspaniyada haqqında aparılan korrupsiya istintaqı çərçivəsində pasportu müvəqqəti olaraq məhkəməyə təhvil verilən Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin Ankarada keçiriləcək NATO Sammitində iştirak etmək üçün ölkədən çıxışına icazə verilməyib. Qərarı İspaniya məhkəməsi qəbul edib.

Musavat.com xəbər verir ki, İspaniyanın EFE agentliyinin məlumatına görə, hökumət məhkəmənin qərarını təəccüblə qarşılayıb. Baş nazir Aparatındakı mənbələr Beqonya Qomesin Ankaraya səfərinə icazə verilmədiyi halda, qızının Londonda keçiriləcək məzuniyyət mərasiminə qatılması üçün ölkədən çıxışına icazə verilməsini "anlaşılmaz" qərar kimi qiymətləndiriblər.

Məhkəmə qərarında bildirilib ki, Beqonya Qomes NATO Sammitində fəal rəsmi vəzifə yerinə yetirmək üçün deyil, protokol və nəzakət qaydalarına uyğun olaraq dəvət olunub. Hakim Antonio Viexo həmçinin Türkiyənin Avropa İttifaqının üzvü olmamasını və hüquqi əməkdaşlıqla bağlı qiymətləndirmələri əsas gətirərək onun Ankaraya səfərinə icazə verməyib.

Bununla yanaşı, hakim Qomesin qızının Londonda keçiriləcək məzuniyyət mərasiminə qatılmasına icazə verib. Qərarda Böyük Britaniyanın Avropa İttifaqının üzvü olmasa da, İspaniya ilə hüquqi əməkdaşlıq münasibətlərinin güclü olduğu və səfərin şəxsi xarakter daşıdığı vurğulanıb.

Beqonya Qomes barəsində "nüfuz alveri", "iş dünyasında korrupsiya", "mənimsəmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri üzrə istintaq aparılır. Ölkədən qaçmaq ehtimalı əsas gətirilərək onun pasportu iyunun 24-də məhkəməyə təhvil verilib. İspaniya mətbuatının məlumatına görə, o, ölkə tarixində pasportuna əl qoyulan ilk baş nazirin həyat yoldaşı kimi qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR