İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ-də gizli diplomatiya: Zelenski müharibənin sonuna dair mesaj verdi

742 24.01.2026 00:03 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə aparılan danışıqlara toxunaraq, müharibənin başa çatdırılması ilə bağlı mühüm mesajlar verildiyini bildirib.

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, uzun müddətdən sonra ilk dəfə bu cür üçtərəfli format baş tutub və danışıqlarda müharibənin bitmə parametrləri müzakirə olunub.

Prezident vurğulayıb ki, hazırda əsas məsələ Rusiyanın özü başladığı müharibəni bitirməyə real iradə nümayiş etdirməsidir. Onun sözlərinə görə, artıq Moskva tərəfindən heç olmasa müəyyən cavabların verilməsi zəruridir.

Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti onunla daimi əlaqədədir. Hazırda danışıqlarda Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov, Prezident Administrasiyasının rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsa və Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya iştirak edir. Sabah isə prosesə Baş Qərargah rəisi Andrey Qnatov və Hərbi Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin qoşulacağı gözlənilir.

Ukrayna lideri bildirib ki, danışıqların nəticələri barədə danışmaq üçün hələ tezdir və hər şey Rusiyanın müharibəni bitirmək istəyinin formalaşmasından asılıdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR