İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədrinə "stop" qoyuldu

855 26.11.2025 09:09 Ölkə A A

Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Musavat.com qaynarinfo-ya istinadla bildirir ki, Şamaxı rayonunun Meysəri bələdiyyəsinin (Meysəri, Muğanlı, Qurdtəpə, Günəşli, Şirvan və Şərədil kəndləri) sədri Emil Nəbiyev barəsində Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.

Məlum olub ki, 6 kənədə rəhbərlik edən bələdiyyə sədrinin sözügedən idarəyə 2000 min manatdan çox vergi borcu yaranıb. Xəbərdarlığa baxmayaraq, sözügedən borcu ödəməyən bələdiyyə sədri barəsində məhkəməyə müraciət edilib.

Məhkəmənin hökmü ilə 1995-ci il təvəllüdlü Emil Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR