İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu axşam "favoritlərin məhkəməsi" keçirilir - Bir gecədə qəhrəman da olacaqlar, qurban da...

3963 21.06.2026 15:32 İdman A A

Dünya çempionatı-2026-da bu gün axşam və səhərə doğru keçiriləcək G və H qruplarının ikinci tur oyunları qrup mərhələsinin ən kritik qarşılaşmaları sırasındadır. Maraqlıdır ki, hər iki qrupda ilk turun bütün oyunları heç-heçə başa çatıb və nəticədə bütün komandalar 1 xalla ikinci tura başlayırlar. Bu isə o deməkdir ki, bu gecənin nəticələri qrupların taleyini tamamilə dəyişə bilər.

H qrupunda sözün həqiqi mənasında favoritlər ciddi təzyiq altındadır.

İspaniya-Səudiyyə Ərəbistanı saat 20:00-da start götürəcək.

İspaniya mundialın əsas favoritlərindən biri hesab olunsa da, ilk turda Kabo-Verde ilə qolsuz bərabərə qalaraq böyük sürpriz yaşadı. Turnirin ən güclü heyətlərindən birinə malik olan ispanlar bu dəfə xal itkisinə yol versələr, son turda Uruqvayla ölüm-dirim matçına çıxmalı olacaqlar.

WhatsApp Image 2026-06-21 at 15.03.24.jpeg (490 KB)

Luis de la Fuente komandasının əsas üstünlüyü topa nəzarət, sürətli cinah oyunları və gənc ulduzların fərdi bacarıqlarıdır. İspaniya üçün bu görüş sadəcə qələbə yox, həm də öz gücünü nümayiş etdirmək imkanıdır.

WhatsApp Image 2026-06-21 at 15.08.54.jpeg (417 KB)

Səudiyyə Ərəbistanı isə ilk turda Uruqvaydan xal almağı bacardı. Asiya təmsilçisi son illərdə böyük komandalar qarşısında sürpriz nəticələr əldə etməsi ilə tanınır.

WhatsApp Image 2026-06-21 at 15.08.55.jpeg (298 KB)

2022-ci ildə Argentinanı məğlub edən komanda yenidən dünya futboluna mesaj verməyə çalışır.

WhatsApp Image 2026-06-21 at 15.03.24 (1).jpeg (523 KB)

Bu oyunda İspaniya qalib gələrsə, 4 xalla liderliyə yüksələ bilər. Əksi olarsa, yəni Səudiyyə qalib gələrsə, qrupun əsas favoritinə çevriləcək. Heç-heçə isə son turu tam açıq vəziyyətə gətirəcək.

WhatsApp Image 2026-06-21 at 15.08.54 (1).jpeg (376 KB)

Uruqvay-Kabo-Verde qarşılaşması isə 02:00-da başlayacaq.

WhatsApp Image 2026-06-21 at 15.03.25.jpeg (457 KB)

Bu qarşılaşma ilk baxışda favoritlə autsayderin dueli kimi görünür. Lakin ilk turun nəticələri bunun belə olmadığını göstərdi.

Kabo-Verde mundialın ən böyük sürprizlərindən biridir. Debütant ada dövləti ilk matçda İspaniyanı dayandıraraq dünya futbolunun diqqətini üzərinə çəkdi. Müdafiədəki intizam və sürətli əks-hücumlar komandanın əsas silahıdır.

WhatsApp Image 2026-06-21 at 15.03.25 (1).jpeg (505 KB)

Uruqvay isə Səudiyyə Ərəbistanı ilə heç-heçə edərək vacib xal itirdi. Cənubi Amerika təmsilçisi bu görüşdə qələbə qazanmasa, pley-off şanslarını ciddi təhlükə altına salacaq.

Bu qarşılaşmanın əsas məqamları budur ki,Uruqvay üçün yalnız qələbə məqbul nəticə sayılır. Kabo-Verde daha bir sensasiya ilə tarix yaza bilər. Son turdakı İspaniya-Uruqvay oyununun əhəmiyyəti bu matçın nəticəsindən asılı olacaq.

G qrupuna gəldikdə isə, burada da yer alan hər bir dövlət eyni nöqtədən başlayır, yəni eyni xala malikdirlər.

WhatsApp Image 2026-06-21 at 15.14.08.jpeg (521 KB)

Belçika-İran (23:00) matçı hər kəsin dörd gözlə izləyəcəyi oyundur.

Amerika-İran arasındakı gərginlik bu oyuna marağı birə on qat artırır. Bir sözlə, Belçika-İran gecənin ən maraqlı qarşılaşmalarından biri hesab olunur.

WhatsApp Image 2026-06-21 at 15.05.42.jpeg (741 KB)

Belçika ilk turda Misirlə 1:1 hesablı heç-heçə edib. Kevin De Bruyne liderliyindəki avropalılar hələ də qrupun əsas favoriti sayılsalar da, əvvəlki "qızıl nəsil" dövrünün son mərhələsini yaşayırlar.

İran isə Yeni Zelandiya ilə məhsuldar heç-heçədən sonra yaxşı təsir bağışladı. Komanda son illərdə Asiyanın ən sabit milli komandalarından biri hesab olunur və müdafiə intizamı ilə seçilir.

WhatsApp Image 2026-06-21 at 15.14.08 (2).jpeg (625 KB)

İranın baş məşqçisi Amir Qalenoei məlum gərginlər fonunda turnir ərzində komandasının qarşılaşdığı çətinliklərdən də danışıb.

WhatsApp Image 2026-06-21 at 15.05.42 (1).jpeg (580 KB)

Bu oyunda Belçikanın qələbəsi onları liderliyə yaxınlaşdıracaq. İran qalib gəlsə, qrupun əsas sensasiyasına çevriləcək. Məğlub tərəf son turda böyük təzyiq altında qalacaq.

Yeni Zelandiya-Misir (05:00) qarşılaşması barədə onu deyə bilərik ki, ilk turun ən açıq futbolunu göstərən komandalardan ikisi üz-üzə gələcək.

WhatsApp Image 2026-06-21 at 15.05.42 (2).jpeg (550 KB)

Yeni Zelandiya İranla oyunda hücum potensialını nümayiş etdirdi. Okeaniya təmsilçisi son illərin ən güclü heyətlərindən birinə sahibdir və artıq autsayder kimi görünmür.

Misirin əsas ümidi isə Məhəmməd Salahdır. Afrika təmsilçisi Belçikaya qarşı uğurlu oyun keçirərək göstərdi ki, bu qrupda hər kəslə mübarizə apara bilər.

MİSİRR.png (178 KB)

Bu görüş qalib gələn komandanı pley-offa bir addım yaxınlaşdıracaq. Məğlub tərəfin isə, son tur öncəsi vəziyyətini çətinləşdirəcək. Heç-heçə olarsa, qrupun taleyi son turda həll olunacaq.

Bir sözlə, günün əsas sualları budur: İspaniya ilk qələbəsini qazana biləcəkmi? Kabo-Verde növbəti sensasiyanı reallaşdıracaqmı? Belçika favorit statusunu doğruldacaqmı? Salah Misiri liderliyə daşıya biləcəkmi? Hər iki qrupda bütün komandalar yenidən eyni xal vəziyyətində qala bilərmi?

MİSİR SON.jpeg (532 KB)

G və H qruplarında ikinci turun oyunları mundialın ən vacib gecələrindən birini vəd edir. Çünki bu gün qazanılan üç xal yalnız liderlik deyil, həm də pley-off qapısını açmaq anlamına gələcək. İlk turdan sonra tam bərabərlik hökm sürən bu iki qrupda səhvə yer yoxdur.

WhatsApp Image 2026-06-21 at 15.16.52.jpeg (528 KB)

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR