İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Yaponiya ilə birlikdə dron istehsal etmək istəyir

391 15.07.2026 09:18 Dünya A A

Almaniyanın kansleri Fridrix Mers oktyabr ayında Yaponiyaya səfər etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı "Yomiuri" qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, Mers Baş nazir Sanae Takaiçi ilə birlikdə müdafiə sənayesi və iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qəzetin məlumatına görə, görüşün gündəliyində hərbi dronların birgə istehsalı məsələsi də var. Mersi müdafiə şirkətləri də daxil olmaqla, Almaniya biznes nümayəndələri müşayiət edəcək.

Digər məsələlərlə yanaşı, tərəflər vacib minerallar üçün təchizat zəncirlərinin gücləndirilməsini müzakirə edə bilərlər. "Nikkei" qəzeti qeyd edib ki, təchizat zəncirlərinin gücləndirilməsi ilə bağlı müzakirənin məqsədi nadir torpaq metalları və digər elementlər sahəsində Çindən asılılığı azaltmaqdır.

Mers və Takaiçi həmçinin İran ətrafındakı vəziyyət nəzərə alınmaqla süni intellekt və enerji təchizatı mənbələrinin şaxələndirilməsi məsələlərini də müzakirə edəcəklər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR