İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən “sakit həyat olmayacaq” mesajı – RİSK nədə?

900 15.07.2026 10:25 Gündəm A A

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib ki, bütün risklər sərhədlərimizin kənarında formalaşır. Onun sözlərinə görə, iki müharibə aparan dövlət arasında yerləşən bir ölkə üçün əsas təhlükə məhz budur. Prezident, həmçinin, qeyd edib ki, bu təhlükələr daha ciddi və daha təhlükəli xarakter alıb:

“Amma özümüzü qorumağa öyrəşmişik. Birləşmiş təzyiqlərə qarşı mübarizə aparmağa da öyrəşmişik. Təhlükəsizliyimizi, sərhədlərimizi və müxtəlif təhdidlərə qarşı müdafiə sistemimizi gücləndirmək 2003-cü ildən etibarən mənim əsas fəaliyyət istiqamətlərimdən biridir”.

İran Ukrayna, ABŞ ilə İsrail Rusiya olur | Modern.az

Dövlət başçısı deyib ki, biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik: “Bu proses bu gün də davam edir. Ona görə də sakit həyat olmayacaq. Heç kim buna ümid etməsin”.
Prezident “Sakit həyat olmayacaq, buna ümid etməyək” deməklə iki qonşuda müharibələrin uzanacağına işarə edib?

Deputat Elşad Musayev Musavat.com-a qeyd edib ki, pandemiyadan bəri dünyada müharibələr, hərbi eskalasiyalar davam edir. Onun sözlərinə görə, onlardan ikisi qonşuluqdadır və istər-istəməz Azərbaycana təsirini göstərir: "Hazırda Rusiya və İranın müharibə şəraitində olması Azərbaycan üçün təhlükəsizlik məsələsini prioritetə çevirib. Cənab prezidentin risklərin sərhədlərdən kənarda olduğunu bildirməsi də məhz bu müharibələrlə bağlıdır. Çünki qonşuluqda bir hadisə varsa, deməli, narahatlığa əsas var. Azərbaycanın isə iki böyük qonşusu münaqişə vəziyyətindədir və təbii ki, sərhədlərimizdə nəzarəti daha da gücləndirməliyik. Bundan sonra sakit həyatın olmayacağına gəlincə, müharibələrin davam edəcəyi nəzərdə tutulur. Təkcə qonşu ölkələrdə yox, ümumiyyətlə, dünyada eskalasiyalar səngiməyə bilər. Rusiya və Ukrayna müharibəsi, İrana hücumlar isə tezliklə başa çatana oxşamır. Bu mənada ətrafımızda sakitlik olmayacağını demək mümkündür. Nəzərə alaq ki, nə atəşkəs ehtimalı var, nə Rusiya ərazilərinə zərbələr dayanır. Hətta atəşkəsdən sonra da Rusiya ilə Ukrayna arasında lokal toqquşmalar davam edə bilər".

Elşad Musayev: “sosial sahəyə ayrılan vəsait təqdir edilməlidir” | Böyük  Azərbaycan Partiyası

Deputat bildirib ki, Azərbaycan öz təhlükəsizliyini ən yüksək səviyyədə təmin edib, təhdidlərdən özünü qoruyur, balanslı siyasətini yürüdür: "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq. Bununla belə Ukraynaya humanitar yardım da göndərmişik. Azərbaycan sülhün tərəfdarıdır və cənab İlham Əliyev də qeyd etdi ki, müharibə dərhal dayandırılmalıdır. Ona görə də qonşuluqda savaş, od varsa, onun bizə düşməməsi üçün dövlət öz tədbirlərini görür. Bu baxımdan sözsüz ki, dünya əvvəlki olmayacaq. İnsanlar da görürlər ki, dünyada sakitlik yoxdur. Pandemiyadan qabaqkı həyat artıq olmayacaq. Hər halda gedişat bunu göstərir. Bizim üçün vacib olan vətəndaşlarımızın, ölkəmizin təhlükəsizliyi, əmin-amanlıq içərisində yaşamaqdır. Ermənistanla da sülh yolunda irəliləməyə davam edirik və ümidvarıq ki, saziş imzalanacaq".


Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR