Ukrayna münaqişəsi ilə bağlı Berlində keçiriləcək danışıqlara NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılacaq. Görüşdə həmçinin İtaliya, Niderland, Polşa və İsveç liderlərinin iştirakı nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, “El Mundo” qəzetinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron da Almaniya paytaxtına gələcək. Danışıqlara Almaniya kansleri Fridrix Merts də qoşulacaq.
Məlumata əsasən, İspaniyanın baş naziri isə görüşdə iştirak etməyəcək. Berlində keçiriləcək bu təmasların Ukrayna böhranının gələcək mərhələsi üçün mühüm siyasi mesajlar verəcəyi gözlənilir.
Musavat.com






