ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində keçirilən danışıqlar mürəkkəb və gərgin atmosferdə baş tutub.
Musavat.com xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton sülh sazişi layihəsi üzrə Kiyevlə kompromisə getməyə hazır görünməyib. ABŞ tərəfi öz mövqeyində israrlı davranıb və Ukraynanın irəli sürdüyü bir sıra düzəlişlərə müsbət yanaşmayıb.
Məlumata əsasən, fikir ayrılıqları xüsusilə sülh razılaşmasının əsas parametrləri ətrafında cəmləşib. Bu da danışıqların gedişini çətinləşdirib və tərəflər arasında gərginliyi artırıb.
Musavat.com






