İnsanlara hürriyət, millətlərə istiqlal!

"Beynəlxalq vəziyyət getdikcə pisləşir" – Putin

831 15.01.2026 18:36 Dünya A A

Rusiya prezidenti Vladimir Putin dünyada bir çox ölkənin xaos və qanunsuzluqdan əziyyət çəkdiyini və özlərini müdafiə etməyə kifayət qədər resurslarının olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, Putin bu açıqlamanı xarici ölkələrin səfirləri ilə görüşündə edib.

Rusiya lideri Ukraynada sülhün təmin edilməsi məqsədilə Avropa və qlobal təhlükəsizlik sahəsindəki təşəbbüslərini müzakirə etməyə çağırıb. Putin qeyd edib ki, Rusiya dəfələrlə yeni və ədalətli bir Avropa və qlobal təhlükəsizlik memarlığının qurulması ilə bağlı təşəbbüslər irəli sürüb. O, Amerika, Avropa, Asiya və dünya üzrə hər kəsin razılaşa biləcəyi rasional həll yolları təklif etdiklərini vurğulayıb.

Putin bu təşəbbüslərin detallı şəkildə müzakirə olunması və Ukraynadakı münaqişənin mümkün qədər tez həll edilməsi üçün sülhə yönəlmiş təkliflərin gücləndirilməsi zərurətini qeyd edib. Onun sözlərinə görə, yalnız belə bir yanaşma ilə Ukraynada münaqişənin sülh yolu ilə həlli təmin edilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR