İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəzən dərhal xatırlamır” -Yoldaşı Aşıq Əhlimanın səhhətindən danışdı

627 09.07.2026 12:26 Mədəniyyət A A

“Yaxşıdır, Allaha şükür. Vəziyyəti getdikcə yaxşılaşır, artıq özünü toparlayır”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar Mədəniyyət İşçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.

O bildirib ki, aşığın 2011-ci ildə keçirdiyi insultdan sonra səhhətində ciddi problemlər yaransa da, son vaxtlar müsbət irəliləyişlər müşahidə olunur:

“Nitqində də yaxşılaşma var, fikrini ifadə edə bilir. Hər şey qaydasındadır, Allaha şükür. Çox güclü müalicələr aparıldı. Dünyanın müxtəlif ölkələrindən dərmanlar gətirildi, həkimlər çox əziyyət çəkdilər. Biz təklif etdik ki, lazım olsa, onu xaricə aparaq. Amma həkimlər dedilər, buna ehtiyac yoxdur, artıq lazım olan müalicə preparatlarını ölkəyə gətirmək mümkündür. Allaha min şükür ki, peşəkar həkimlərimiz var.

Yanına gələnləri tanıyır. Uzun müddət görmədiyi insanları isə bəzən dərhal xatırlamır. Təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra düşünür və yadına salır. Bu, çox nadir hallarda baş verir. Əksər hallarda isə insanları görən kimi tanıyır”.


Şahanə Rəhimli
Musavatcom

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR