İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT dağılmağa doğru gedir: Baş Katib həyəcan içində

543 31.01.2026 01:51 Dünya A A

Birləşmiş Millətlər Təşkilatı ciddi maliyyə böhranı ilə üz-üzə qalmaq təhlükəsi yaşayır.

Musavat.com xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bir sıra üzv ölkələrin məcburi maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbilə təşkilatın artıq iyul ayına qədər maliyyə baxımından iflic ola biləcəyi barədə xəbərdarlıq edib.

Quterreş bildirib ki, bəzi dövlətlər onlara hesablanmış üzvlük haqlarını ödəməkdən açıq şəkildə imtina edir. Bu vəziyyət BMT-nin sülhməramlı əməliyyatlar, humanitar missiyalar və digər əsas fəaliyyət istiqamətləri üçün ciddi risk yaradır.

Baş katibin sözlərinə görə, təşkilatın ən böyük donorlarından biri olan ABŞ könüllü maliyyə yardımlarını azaldıb, eyni zamanda məcburi üzvlük haqlarının bir hissəsini də ödəməyib. Bu isə BMT-nin ümumi büdcə balansına ağır zərbə vurur.

Quterreş mövcud büdcə mexanizmlərinin köhnəldiyini və təcili islahatlara ehtiyac olduğunu vurğulayaraq, üzv ölkələri maliyyə öhdəliklərinə sadiq qalmağa çağırıb. Onun fikrincə, əks halda BMT-nin qlobal proseslərə təsir imkanları ciddi şəkildə məhdudlaşa bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR