İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukrayna üçün yeni ballistik raketlər istehsal edəcək? – Moskva hədəfdədir

443 12.01.2026 00:33 Dünya A A

Böyük Britaniya Ukrayna üçün yeni ballistik raketlərin hazırlanmasını planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb. Bildirilir ki, söhbət Nightfall adlı layihədən gedir. Bu raketlər 200 kiloqrama yaxın döyüş başlığı daşımaqla yanaşı, 480 kilometrdən artıq məsafədə hədəfləri vurmaq imkanına malik olacaq.

Məlumata görə, raketlər seriya şəklində buraxıla bilər və nəzəri olaraq Rusiyanın paytaxtı Moskvaya qədər çata bilər. Qeyd olunur ki, Moskva Ukraynanın Sumi vilayəti ilə sərhəddən təxminən 425 kilometr məsafədə yerləşir.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi layihə çərçivəsində ilk üç sınaq raketinin dizaynı və istehsalı üçün şirkətlər axtarır. Müqavilənin ümumi dəyəri təxminən 9 milyon funt sterlinq olaraq qiymətləndirilir.

Materialda ilk sınaq raketlərinin istehsal müddətinin nə vaxt başa çatacağı barədə konkret tarix göstərilmir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR