Musavat.com xəbər verir ki, Ukraynada sensasion təhlükəsizlik əməliyyatı keçirilib. SBU 2024-cü ildə guya hərbçiləri hazırlamaq üçün ölkəyə gəlmiş britaniyalı təlimçini saxlayıb. İstintaqın versiyasına görə, o, əslində Rusiya xüsusi xidmət orqanlarının agenti olub.
SBU-nun məlumatına görə, saxlanılan şəxs Ukrayna ordusu barədə kəşfiyyat məlumatları toplayıb, ölkəyə silah gətirərək müxtəlif qruplar arasında paylayıb və həmin silahlardan Demyan Hanul, İrina Farion və Andrey Parubiyə qarşı qətl törətmək üçün istifadə edildiyi iddia olunur.
İstintaq bildirir ki, xarici vətəndaş Ukraynaya “müttəfiq” görüntüsü altında daxil olub və bu sayədə onun hərbi obyektlərə və şəxsi heyətə çıxışı asanlaşıb. Hazırda SBU onun Rusiya xüsusi xidmətləri ilə əlaqələrini və digər siyasi qətllərdə mümkün rolunu araşdırır.
Musavat.com






