Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Con Olderdaysin Azərbaycana səfəri bir sıra rəmzi və siyasi cəhətdən diqqətçəkən məqamlarla yadda qalıb. Səfər çərçivəsində onun 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Naxçıvanı ziyarət etməsi xüsusi əhəmiyyət daşıyır.
Musavat.com xəbər verir ki, Lord Olderdays həmin gün Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq onun əziz xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Lord Con Olderdaysi qəbul edib. Görüşdə Azərbaycan–Böyük Britaniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.Səfər çərçivəsində Lord Olderdays bir sıra yüksəksəviyyəli dövlət rəsmiləri ilə də görüşüb.
Müşahidəçilər hesab edirlər ki, 12 dekabr tarixində Naxçıvana edilən ziyarət Britaniya tərəfinin Azərbaycanın siyasi tarixində xüsusi yer tutan şəxsiyyətə və dövlətçilik ənənələrinə verdiyi önəmin rəmzi ifadəsi kimi qiymətləndirilir.
Musavat.com






