Rumıniya Rusiyanı öz təhlükəsizliyinə əsas təhdid elan edəcək.
Musavat.com xəbər verir ki, bu mövqe ictimai müzakirə üçün Rumıniya prezident administrasiyasının veb saytında yerləşdirilən 2025-2030-cu illər üçün milli müdafiə strategiyası layihəsində yer alıb.
Sənəddə "Təhdidlər" bölməsində deyilir: "Rusiyanın düşmənçilik hərəkətləri Rumıniyanın milli təhlükəsizliyinə əsas təhdidləri təmsil edir". Layihədə Rusiyanın regiondakı düşmənçilik hərəkətləri qeyd edilir, Ukraynaya dəstək ifadə olunur.
Sənəddə həmçinin "Rumıniyanın Aİ və NATO-dakı rolunun gücləndirilməsi, milli müdafiə imkanlarını inkişaf etdirmək üçün Aİ və NATO alətlərindən optimal şəkildə istifadə edilməsi, müdafiə sənayesinə və hərbi mobilliyə üstünlük verilməsi" məqsədi qoyulur.
Milli Strategiya Rumıniyanın xarici siyasət məqsədlərini müəyyən edir, bunlara "strateji tərəfdaşlıqların və transatlantik əlaqələrin gücləndirilməsi: xüsusən də ABŞ ilə strateji tərəfdaşlığın gücləndirilməsi, hərbi texnika, yerli silah istehsalı və hibrid təhdidlərə qarşı mübarizə daxil olmaqla, digər müttəfiqlər və tərəfdaş ölkələrlə əməkdaşlığın intensivləşdirilməsi" daxildir.
Musavat.com






