İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu əlamətlər şəkər xəstəliyinin xəbərçisidir

1035 05.09.2025 23:09 Səhiyyə A A

Şəkər xəstəliyinin ilkin əlamətləri açıqlanıb.

Milli.Az bildirir ki, Farmasevt Şina Bagga Daily Mirror-a verdiyi açıqlamada,bu ciddi xəstəliyə yol açan simptomları sadalayıb.

O qeyd edib ki, prediyabet zamanı qan şəkəri normadan yüksək olur, amma ikinci tip diabet üçün hələ kifayət qədər yüksək deyil. Əgər həyat tərzi dəyişdirilməsə, bu vəziyyət zamanla diabetə çevrilə bilər.

Daimi yorğunluq və halsızlıq hissi, tez-tez sidiyə getmə, səbəbsiz çəki itkisi, görmənin zəifləməsi, daimi susuzluq, təkrarlanan maya infeksiyaları (məsələn, göbələk infeksiyaları), yaraların gec sağalması bu xəstəliyin əlamətlərindəndir.

Bu əlamətləri hiss edən şəxslər həkimə müraciət etməli və qan şəkəri səviyyəsini yoxlatmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR