ABŞ prezidenti Donald Tramp yalnız Amerika hərbçiləri öldürüldüyü təqdirdə İranla mövcud atəşkəsdən imtina edəcək.
Musavat.com "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bunu Tramp köməkçilərinə deyib.
"The Wall Street Journal"ın mənbələri vurğulayır ki, davam edən toqquşmalara baxmayaraq, atəşkəs qüvvədə qalır.
Qəzet qeyd edir ki, Trampın hərbi əməliyyatları bərpa etməmək istəyi "Yaxın Şərqdə daha böyük bir münaqişənin qarşısını almaq üçün həftələr və ya hətta aylar ərzində kiçik toqquşmalara dözməyə hazır ola bilər" deməkdir.
Dünən Tramp münaqişənin həlli üçün İranla danışıqların gedişatından məmnun olduğunu bildirib. O, Ağ Evdə jurnalistlərə bildirib ki, "hər şey yaxşı gedir".
Razılığa çatma şanslarından danışan Amerika prezidenti həm müsbət, həm də mənfi ssenariləri istisna etməyib: "Bəlkə də heç nə baş verməyəcək. Yaxud bəlkə də hər şey uğurlu olacaq və sonra bu həftənin sonuna qədər uğur şansı var".
Trampın sözlərinə görə, İran "nəzəri olaraq saziş imzalamağa yaxındır".
Musavat.com
Musavat.com






