İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə ABŞ-ı çətin vəziyyətə saldı - XƏBƏRDARLIQ EDİLDİ

843 23.07.2026 12:28 Dünya A A

Yaxın Şərq və Ukraynadakı münaqişələr səbəbindən qlobal yanacaq tədarükünün məhdudlaşdığı bir vaxtda ABŞ-nin neftayırma zavodları tam gücü ilə çalışır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hər hansı kiçik bir axsaqlıq ağır fəsadlara gətirib çıxara bilər.

ABŞ Enerji İnformasiyası İdarəsinin (EIA) məlumatına görə, ölkə üzrə neftayırma zavodları öz güclərinin 96%-i səviyyəsində, Orta Qərb və Rocky Mountains regionlarında isə 100% güclə fəaliyyət göstərir.

İranın Hörmüz boğazını bağlamasından sonra ABŞ-ın enerji şirkətləri neft məhsullarının, o cümlədən dizel yanacağı və aviasiya kerosininin ixracını rekord həddə çatdırıblar.

Neftayırma güclərinin yüksək səviyyədə yüklənməsi bazara fasiləsiz tədarükü təmin etməyə kömək edib və “Valero” habelə “Marathon Petroleum” kimi şirkətlərin kotirovkalarının artmasına təkan verib. İlin əvvəlindən bəri onların səhmləri iki dəfəyə yaxın bahalaşıb.

Buna baxmayaraq, analitiklər xəbərdarlıq edirlər ki, texniki nasazlıq və ya qasırğa kimi təbii fəlakətlər səbəbindən baş verə biləcək hər hansı bir dayanma artıq yüksək enerji qiymətlərindən əziyyət çəkən bütün dünyadakı istehlakçılara ağır zərbə vuracaq.

“Rabobank”ın enerji sektoru üzrə strateqi Co DeLaura bildirib: “ABŞ ixracın artmasına kömək edir, lakin bu, ağır güllə yarasına yapışdırılan sadə bir plastırdan başqa bir şey deyil.

Biz defisiti imkanlarımızın son həddində işləməklə kompensasiya etməyə çalışırıq, lakin bu o deməkdir ki, neftayırma zavodlarının hər hansı bir fəaliyyətsizliyi son dərəcə ağır nəticələrə gətirib çıxaracaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR