İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol dünyası sarsıldı: Milyonluq fırıldaqda ittiham olunan prezident ABŞ-da həbs olundu

1412 23.07.2026 10:57 Dünya A A

Dünya futbolunda şok yaradacaq növbəti böyük korrupsiya qalmaqalı alovlanıb.

Musavat.com xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FBR) əməkdaşları Argentina Futbol Assosiasiyasının (AFA) rəhbəri Klaudio Tapianı Nyu-York hava limanında uçuş reysindən çıxararaq saxlayıblar.

Argentina mətbuatının yaydığı məlumata görə, assosiasiya prezidenti iyulun 30-da Florida dairə məhkəməsində təşkilatın adının hallandığı çoxmilyonluq maliyyə fırıldaqları və maxinasiyaları işi üzrə ifadə verməli olacaq.

Mövzu ilə bağlı geniş rezonans doğuran xəbərləri ilk olaraq Argentinanın nüfuzlu "TN" və "Infobae" nəşrləri ictimaiyyətə çatdırıb.

Argentina Futbol Assosiasiyası isə rəsmi bəyanat yayaraq öz rəhbərlərinin saxlanılması barədə yayılan məlumatları qətiyyətlə rədd edib və bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR