İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun gözü qarşısında gizli əməliyyat: Peyk görüntüləri İranın növbəti tankeri qaçırdığını üzə çıxardı

403 23.07.2026 12:33 Dünya A A

Yaxın Şərqin ən qaynar nöqtəsi olan Hörmüz boğazında gərginlik pik həddə çatıb.

Musavat.com xəbər verir ki, nüfuzlu "Financial Times" nəşri peyk görüntülərinə istinadən İran hərbi birləşmələrinin Yunanıstana məxsus növbəti neft tankerini ələ keçirdiyini yazıb. Söhbət yunanıstanlı milyarder gəmi sahibi Corc Prokopiuya məxsus "Kavomaleas" neft tankerindən gedir. Məlumata görə, strateji su yolunda hərəkət edən gəmi iki mərmi ilə vurulub, ardınca onun maşın bölməsində güclü yanğın başlayıb və heyət üzvləri gəmini təxliyə etmək məcburiyyətində qalıb. Bir qədər sonra kosmik peyklər "Kavomaleas" tankeri ilə eyni ölçüyə və xarici görünüşə malik gəmini artıq İranın ərazi sularında, Laraq adası yaxınlığında qeydə alıb.

Tankerin sahibi olan "Dynacom" şirkəti gəminin yerinin dəyişdirilməsinə heç bir icazə vermədiklərini bəyan edib və hazırda onun dəqiq koordinatlarını müəyyənləşdirməyə çalışır. Qeyd edək ki, sözügedən gəmi Fars körfəzindən 500 min barreldən çox neft yükləməli idi.

Maraqlıdır ki, gəmi sahibi Corc Prokopiu bundan əvvəl verdiyi açıqlamasında öz tankerlərinin Hörmüz boğazından keçməsini yunan tacirlərinin dəniz blokadalarını yarmaq barədə tarixi ənənələri ilə müqayisə etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR