İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanlı blokada başladı: İrana məxsus mina tankeri havaya uçurdu, digər gəmilər qaçdı

486 23.07.2026 12:04 Dünya A A

Yaxın Şərqdə qlobal neft daşımalarını iflic edəcək dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubunda İrana məxsus dəniz minasına toxunan neft tankerinin partladığını elan edib.

İranın rəsmi "Tasnim" agentliyinin yaydığı bəyanata görə, "ABŞ ordusunun təsiri altında" olan üç neft tankeri minalanmış marşrutla hərəkət etməyə cəhd göstərib, lakin onlardan birində baş verən güclü partlayış və dəhşətli yanğından sonra digər iki gəmi dərhal geri dönmək məcburiyyətində qalıb.

İran tərəfi rəsmən bəyan edib ki, ABŞ regionda öz "təcavüzkar fəaliyyətini" davam etdirdiyi müddətcə Hörmüz boğazının blokadası da davam etdiriləcək.

SEPAH, həmçinin digər xarici gəmilərə də qəti xəbərdarlıq edərək, İranla əvvəlcədən razılaşdırılmadan boğazdan keçməyə cəhd edəcəkləri təqdirdə analoji aqibətlə üzləşəcəklərini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR