Ukraynanın Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 3 yaşlı uşaq ölüb. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat yayıb.
Onun sözlərinə görə, hadisə zamanı uşağın valideynləri müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Hücum nəticəsində daha bir nəfər – 19 yaşlı gənc yüngül xəsarət alıb.
Qubernator bildirib ki, hücum zamanı marketpleyslərdən birinə məxsus anbarın dam örtüyü, digər oxşar binanın isə fasadı zədələnib.
Zərbə hədəflərindən biri Ulyanovsk vilayətinin Novospasski rayonundakı yanacaq-enerji obyekti olub. Məlumatı vilayətin qubernatoru Aleksey Russkix açıqlayıb: "Düşmən dronları Novospasski rayonundakı yanacaq-enerji müəssisəsinə hücum edib. Təcili yardım xidmətləri hadisə yerindədir. Xahiş edirəm sakit qalın. Yanğınsöndürmə işlərinin gedişi və müəssisədəki vəziyyət barədə sizi məlumatlandıracağam".
Ukrayna həmçinin Wildberries-in Voronej vilayətindəki anbarına zərbə endirib. Regional qubernator Aleksandr Qusevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Voronej vilayətinə hücumunu gecə boyu dəf edib: "Təəssüf ki, itkilərimiz və ciddi nəticələrimiz var. Təcili yardım xidmətləri işlərini başa vurduqdan sonra hər şeyi bildirəcəyik".
TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir.






