İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu istəyiniz ürəyinizdə qalacaq" - Murad Arif 

757 03.12.2025 17:32 Şou-biznes A A
 
"Məni daha çox aparıcı kimi görmək istəyirsiniz, amma bu istəyiniz ürəyinizdə qalacaq".
 
Musavat.com xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif deyib.
 
Sosial şəbəkədə izləyicilərinin suallarına cavab verən Murad yeni konsert və mahnılar hazırlığında olduğunu qeyd edib:
 
"Deyirsiniz ki, məni daha çox aparıcı kimi görmək istəyirsiniz, amma mən də sizə deyim ki, bu istəyiniz ürəyinizdə qalacaq. Çünki mən yeni konsertlər və mahnılar üzərində çalışıram. Məni müğənni kimi də sevənlər var, onlar mənim üçün daha vacibdir. Bir mahnıma sözlər yazılır, biri aranjeman gözləyir, biri var ki, Aygün xanımla müzakirələr tələb edir... Bu mahnılar hamısı öz növbəsini gözləyir. Onları təqdim etmək üçün bütün şərait var, amma hər şey maliyyə deyil".
 
Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR