Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras Tanura şəhərində dövlət neft şirkəti “Saudi Aramco”ya məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 14 nəfərin hamısı həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə “Saudi Press Agency” (SPA) agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, həlak olanların hamısı Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.
Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün səlahiyyətli qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Ras Tanura şəhərində “Saudi Aramco”nun iri neft emalı kompleksi, eləcə də dünyanın ən böyük dəniz neft yükləmə terminalı fəaliyyət göstərir.
Şahanə Rəhimli
Musavat.com






