İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvarda bir nəfər dənizə düşdü

633 14.04.2025 18:26 Hadisə A A

Bakı şəhəri, Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, hazırda hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Əlavə məlumat veriləcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR