İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda qəzada üç yaşlı uşaq öldü - Valideynləri xəsarət aldı

419 31.08.2025 16:05 Hadisə A A

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində, Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 3 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin maşında olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR