İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmil Manizadə: “A321neo”lar AZAL-ın inkişaf strategiyasında yeni mərhələ açır”

404 24.06.2026 14:53 Ölkə A A

Hamburqda keçirilən “Airbus A321neo” təyyarəsinin təhvilvermə mərasimində çıxış edən Azərbaycan Hava Yollarının (AZAL) baş kommersiya direktoru Cəmil Manizadə yeni nəsil təyyarələrin şirkətin inkişaf strategiyasında mühüm rol oynadığını bildirib.

Musavat.com xəbər verir ki, AZAL rəsmisi çıxışında “Airbus”, “AerCap” və “CFM” şirkətlərinə əməkdaşlığa görə təşəkkür edib, “A321neo” təyyarəsinin parkın yenilənməsi proqramının mühüm hissəsi olduğunu vurğulayıb.

Cəmil Manizadə qeyd edib ki, AZAL son illərdə donanmasının modernləşdirilməsi istiqamətində ardıcıl addımlar atır və yeni təyyarələrin istismara verilməsi sərnişinlərə daha yüksək xidmət keyfiyyəti təqdim etməyə imkan yaradacaq.

Onun sözlərinə görə, “A321neo” təyyarələri yanacaq sərfiyyatının azaldılması, ətraf mühitə təsirin minimuma endirilməsi və əməliyyat səmərəliyinin artırılması baxımından müasir aviasiyanın tələblərinə tam cavab verir.

AZAL rəsmisi vurğulayıb ki, yeni təyyarələr aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarına da mühüm töhfə verəcək. Bu addım həm beynəlxalq istiqamətlər üzrə imkanların artırılmasına, həm də sərnişinlərin rahatlığının yüksəldilməsinə xidmət edir.

Mərasimdə çıxış edən digər tərəfdaş şirkətlərin nümayəndələri də AZAL ilə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan aviaşirkətinin regionun ən sürətlə modernləşən hava daşıyıcılarından biri olduğunu bildiriblər.

Qeyd edək ki, Hamburqda keçirilən tədbirdə “Airbus”, “AerCap”, “CFM” və AZAL rəhbərliyi iştirak edib. Tədbir çərçivəsində Azərbaycan Hava Yollarına məxsus ilk “Airbus A321neo” təyyarəsinin rəsmi təhvilvermə mərasimi keçirilib, daha sonra iştirakçılar təyyarə ilə tanış olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR