İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi azərbaycanlı Yaqub Usulu: “Zəfər paradını izləmək bizim üçün qürurdur” VİDEO

422 08.11.2025 13:09 Ölkə A A


Əslən Azərbaycan türkü olan Yaqub Usulu Vətən müharibəsində əldə edilən Qələbənin 5-ci ildönümü münasibətilə keçirilən möhtəşəm Zəfər paradını izləmək üçün Bakıya gəlib.

Yaqub Usulu Musavat.com-a açıqlamasında bildirib:

“Cənubi Azərbaycanın Urmiya şəhərindən gəlmişəm. Həyat yoldaşımla birlikdə bu möhtəşəm hərbi paradı izləmək üçün buradayıq. Çox böyük qürur hissi keçiririk - ordumuzla, millətimizlə, ölkəmizlə fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ordumuza daim baş ucalığı, zəfər arzulayıram. Hər zaman bu cür qələbələrin, bu cür sevincli anların şahidi olaq. Qoy ölkəmiz daim qalib və uca olsun!”

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR