İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceremi Harris Yaponiyada saxlanıldı

632 06.12.2025 05:00 Şou-biznes A A

Yaponiya polisi noyabr ayında amerikalı dramaturq və "Emili Parisdə" serialının (2020 - indiki) aktyoru Ceremi Harrisi ölkəyə narkotik keçirməyə cəhddə şübhəli bilərək saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) Yaponiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, aktyor noyabrın 16-da Naha hava limanında (Okinava prefekturası) gömrük işçiləri çantasında ekstazi aşkar etdikdən sonra nəzarətə götürülüb.

Nəşr qeyd edib ki, Harrisa qarşı ittihamlar təqsdiq olunarsa, onu 7 ilə qədər həbs cəzası gözləyir.

Harris "Emili Parisdə" filmindəki Qreqori Elliot Düpre rolu ilə tanınır. O, həm də Toni mükafatına namizəddir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR