İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

683 28.07.2026 21:05 İdman A A

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu iki oyunun nəticəsinə əsasən (1:0, 2:0) mübarizədən kənarlaşdıran "Sabah" ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

"Report" xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.

"Sabah" həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da, Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR