İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Lukaşenkoya qarşı cinayət işinin açılmasını istədi

245 28.07.2026 22:17 Dünya A A

Ukrayna Prezidentinin Ofisi Baş prokurora Aleksandr Lukaşenkoya qarşı cinayət işinin qaldırılması məsələsinə baxılması təklifi ilə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məktubda bildirilir ki, bu addım "Belarus Demokratik Qüvvələri Forumu"nun müraciətinə cavab olaraq atılıb. Sözügedən forum may ayında Ukrayna Prezidenti Volodimir Zelenskiyə çağırış edərək Lukaşenkonun "hərbi cinayətlər, soyqırımı və dövlət terroru"na görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Prezident Ofisinin Baş prokurora ünvanladığı məktubda Lukaşenkoya qarşı cinayət işinin açılması imkanlarının dəyərləndirilməsi xahiş olunub.

Qeyd edək ki, son bir ay ərzində Ukrayna lideri Zelenski Lukaşenkoya qarşı daha sərt mövqe nümayiş etdirir. Bura, həmçinin retranslyasiya stansiyalarının sökülməsi ilə bağlı qoyulan ultimatumlar da daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR