İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan: "Keçirdiyim ən yaxşı söhbətlərdən biri idi"

270 28.07.2026 22:10 Dünya A A

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü yüksək qiymətləndirib və onu indiyədək ABŞ rəhbərliyi ilə olan ən səmərəli danışıqlardan biri adlandırıb.

Musavat.com xəbər verir ki, Netanyahu görüşün protokol xarakteri daşımadığını, tam tərəfdaşlıq ruhunda keçdiyini vurğulayıb:

"Mən prezident Trampla mükəmməl bir görüşü yeni başa vurdum. 'Mükəmməl' deyərkən, bu sadəcə protokol üçün deyilən sözlər deyil. Bu, tam tərəfdaşlıq, qarşılıqlı dəstək və ümumi məqsəd — İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq, eləcə də digər vacib hədəflərə çatmaq anlayışı ruhunda bir söhbət idi. Bu, Birləşmiş Ştatların prezidenti — dostumuz Donald Trampla keçirdiyim ən yaxşı söhbətlərdən biri oldu".

İsrailin hökumət başçısı əlavə edib ki, görüşdə hər iki tərəfin yüksək səviyyəli heyəti iştirak edib və İsrail Dövlətinin təhlükəsizliyi və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılaraq mövqelər uzlaşdırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR