İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon NATO-ya yönəlik prosesə start verib - “başlı başını saxlasın”

226 28.07.2026 18:22 Dünya A A

ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən Amerika qoşunlarının sayını və vəzifələrini yenidən qiymətləndirmə prosesinə başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton Avropa ölkələrinin NATO-da öz müdafiələri üçün məsuliyyətini artırmağı və alyansı yeni səviyyəyə qaldırmağı hədəfləyir.

Bildirilir ki, bu, Pentaqon rəhbəri Pit Heqsetin iyun ayında Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin görüşündə elan etdiyi planların bir hissəsinin həyata keçirilməsidir.

Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin sözlərinə görə, bu təhlilin əsas məqsədi Avropa ölkələrinin qitənin təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürdüyü yeni bir model formalaşdırmaqdır.

O bildirib ki, bu yanaşmanın NATO-nu "NATO 3.0" adlanan yeni bir mərhələyə aparacağı gözlənilir. Yeni konsepsiya alyansın hərbi imkanlarını gücləndirməli, eləcə də ABŞ-yə eyni vaxtda müxtəlif bölgələrdə təhlükəsizlik vəzifələrini yerinə yetirməyə imkan verməlidir.

Kolbinin sözlərinə görə, Pentaqon geosiyasi vəziyyətə və hərbi təhlilə əsasən bir neçə mümkün ssenari hazırlayacaq.

Son illərdə ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset Avropa NATO üzvlərini müdafiə xərclərini artırmağa çağırıblar. Onlar dəfələrlə Avropa ölkələrini təhlükəsizlik məsələsində ABŞ-dən həddindən artıq asılı olduqlarına görə tənqid ediblər.

2025-ci ilin iyun ayında Haaqada keçirilən NATO sammitində üzv dövlətlər 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in ən azı 3,5 faizinə çatdırmaq, eləcə də əlavə müdafiə ilə bağlı ehtiyaclar üçün əlavə 1,5 faiz ayırmaq barədə razılığa gəliblər. Bu, əvvəlki 2 faizlik hədəfdən xeyli yüksəkdir.

Həmçinin, NATO-nun Avropadakı müttəfiq qüvvələrinin komandanı, ABŞ hərbi hava qüvvələri generalı Aleksus Qrinkeviç bildirib ki, uzunmüddətli perspektivdə Avropa ölkələri hərbi imkanlarını artırdıqca bəzi ABŞ qoşunları dünyanın digər bölgələrinə köçürülə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR