İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən gətirilən “Bilgam” məhsulu məhv edildi

1703 28.07.2026 16:21 Dünya A A

Türkiyədən Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulunun tələblərə uyğun olmadığı müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, "Cosmoactive İlaç Anonim Şirketi" tərəfindən istehsal olunan "Bilgam" TABLET N 30 məhsulunun (02.03.2026-cı il istehsal tarixli, 02.03.2029-cu il son istifadə müddətli, 26001 partiya nömrəli) bir partiyası məhv edilib.

Bildirilib ki, məhsulun üzərindəki etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarda olduğu qeyd edilsə də, laborator müayinələr zamanı həmin göstərici aşkarlanmayıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və məhsul partiyası AQTA əməkdaşlarının iştirakı ilə utilizasiya edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR