Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşdığı son görüntülərlə müzakirə mövzusu olub.
İfaçının nəzərəçarpacaq dərəcədə arıqlaması izləyicilərin diqqətindən yayınmayıb.
O, hazırda çəkisinin 50 kiloqram olduğunu bildirib.
Son paylaşımında uzun saçları və xeyli arıqlamış görünüşü ilə fərqlənən müğənni sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun yeni görünüşünü bəyənsə də, digərləri ifaçının həddindən artıq arıqladığını və bu görünüşün ona yaraşmadığını qeyd ediblər./Yeni Sabah






