"Dream Fest" beynəlxalq musiqi festivalında çıxış edən Xalq artisti Aygün Kazımovanın səhnə şoularından biri sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub.
Musavat.com bildirir ki, yayılan görüntülərdə müğənnini müşayiət edən kişi rəqqasların rəngarəng top geyimlərdə və hündür daban ayaqqabılarda səhnəyə çıxması geniş etiraz doğurub.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu performansı sərt tənqid edərək Xalq artistini LGBT-ni təbliğ etməkdə ittiham ediblər.
Şərhlərdə "Azərbaycan kişi rəqqası niyə səhnəyə top geyim və hündürdaban ayaqqabı ilə çıxmalıdır?", "Rusiyadan gələn müğənnilərin şoularında belə görüntülər yox idi. Azərbaycanın Xalq artisti niyə belə səhnə quruluşuna üstünlük verib?", kimi kəskin fikirlər səsləndirilib.
Xalidə,
Musavat.com






