İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyadan Praqa-Bakı reysindəki insidentlə bağlı AÇIQLAMA

938 07.01.2026 17:17 Son xəbər A A

Xəbər verdiyimiz kimi, yanvarın 5-də Praqa Beynəlxalq Hava Limanında Praqa–Bakı marşrutu üzrə uçuşdan əvvəl insident qeydə alınıb. Belə ki, naməlum bir kişi təhlükəsizlik yoxlamasından keçmədən, qanunsuz şəkildə trapdan istifadə edərək təyyarə istiqamətində irəliləməyə cəhd göstərib. Hadisə yerinə hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları gələnədək “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ekipajı həmin şəxsin təyyarəyə girişinin qarşısını alıb.

Məsələ ilə bağlı Praqa Hava Limanından Musavat.com-a bildirilib ki, sözügedən şəxs təyyarədə baqajını unudubmuş:

“Praqa Hava Limanının təhlükəsizlik qaydaları və tədbirləri heç bir şəkildə pozulmayıb. Təyyarənin göyərtəsində unudulmuş baqaj aşkar edildikdən sonra ekipaj tərəfindən dərhal Praqa Hava Limanının müvafiq təhlükəsizlik xidmətlərinə siqnal verilib, onlar isə mövcud qaydalara uyğun olaraq standart təhlükəsizlik yoxlamasını həyata keçiriblər.

Sərnişinin davranışı və hərəkətləri ilə bağlı Çexiya tərəfi heç bir məsuliyyət daşımır. Praqadan Bakıya uçuşun gecikməsi uçuş üçün ayrılmış vaxt slotunun buraxılması səbəbindən baş verib”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR