İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov İsveçrə xarici işlər naziri ilə görüşdü

468 24.09.2025 02:44 Ölkə A A

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək siyasi dialoqun gücləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

“Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apararaq davamlı dialoq və tərəfdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər”, – XİN-in paylaşımında qeyd olunub. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR