İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramovdan İranın hücumu ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

3014 05.03.2026 13:59 Siyasət A A

5 mart tarixində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Musavat.com xəbər verir ki, telefon danışığı zamanı, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR