Çin lideri Si Cinpinin rəhbərlik etditi kampaniyanın bir hissəsi olaraq Fövqəladə Hallar Nazirliyinin başçısı antikorrupsiya istintaqının fiqurantına çevrilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin FHN-nin rəhbəri Van Syansi "ciddi intizam və qanun pozuntuları" şübhəsi ilə əlaqədar istintaqa cəlb edilib. Bu termin ənənəvi olaraq Çin hakimiyyəti tərəfindən korrupsiya cinayətlərini təsvir etmək üçün istifadə olunur.
Bildirilir ki, Çində vəzifədə olan nazirlər nadir hallarda bu cür istintaqların hədəfləri olurlar. Hazırda vəziyyət həm də ona görə diqqətəlayiqdir ki, Syansi nazir olmaqla yanaşı hakim Kommunist Partiyasının katibidir.
Bir həftə əvvəl Müdafiə Nazirliyi general Çjan Yusya ilə bağlı istintaqın başlandığını elan edib. Bu şəxs Si Cinpinin özündən sonra hərbi iyerarxiyada ikinci yerdədir.
Yanvar ayında Çin lideri korrupsiyaya qarşı mübarizənin ölkənin uduzmayacağı bir döyüş olduğunu bəyan edib.
Məlumata görə, 2025-ci ildə yüksək vəzifəli məmurlara qarşı 65 iş açılıb ki, bu da antikorrupsiya kampaniyası üçün ən yüksək göstəricidir. İstintaqlar həmçinin universitetlərin və dövlət korporasiyalarının rəhbərlərini də hədəfə alıb.
Musavat.com






