Çinlə əlaqəli hakerlərin 2021–2024-cü illərdə Böyük Britaniyanın baş nazirinin Dauninq-stritdəki rəsmi iqamətgahında çalışan yüksək vəzifəli əməkdaşların mobil telefonlarına gizli şəkildə daxil olduğu bildirilir.
Musavat.com xəbər verir ki, “The Telegraph” nəşrinin yazdığına görə, kiberhücum nəticəsində şəxsi telefon danışıqları, mesajlar və məkan məlumatları ələ keçirilib.
Məlumata əsasən, hücumlar Boris Conson, Liz Trass və Rişi Sunakın köməkçilərini də əhatə edib. Mənbələr iddia edir ki, bu müdaxilələr hazırda da davam edə bilər.
Qeyd olunur ki, “Salt Typhoon” adlı əməliyyat genişmiqyaslı qlobal casusluq kampaniyasının bir hissəsidir və bu kampaniya ABŞ və digər müttəfiq ölkələri də hədəfə alıb. Kəşfiyyat dairələrinə yaxın mənbələr kiberhücumun “Dauninq-stritin ən mərkəzinə qədər” çatdığını bildiriblər.
Musavat.com






