İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

2905 11.01.2026 23:11 Ölkə A A

ABŞ prezidenti tərəfindən hazırda nəzərdən keçirilən variantlar İran ərazisinə Amerika qoşunlarının yeridilməsini nəzərdə tutmur.

Musavat.com xəbər verir ki, bu barədə CNN-ə açıqlama verən Ağ Evdə yüksək vəzifəli rəsmi məlumat verib.

Rəsminin sözlərinə görə, Vaşinqtonda müzakirə olunan ssenarilər quru əməliyyatı ilə bağlı deyil və daha çox məhdud, alternativ təsir mexanizmləri üzərində qurulub. ABŞ administrasiyası İrandakı prosesləri diqqətlə izləyir və mümkün addımların regionda genişmiqyaslı eskalasiyaya yol açmaması əsas prioritet kimi qiymətləndirilir.

Qeyd olunur ki, Ağ Evdə aparılan müzakirələr fonunda ABŞ-ın İrana qarşı siyasətinin gözlənildiyindən fərqli istiqamətdə formalaşdığı qənaəti güclənir. Bu isə regionda yeni və daha mürəkkəb geosiyasi hesablamalara yol açır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR